| |
URL | polygon.com |
Kommersiya | Bəli |
Tipi | Videooyun mədəniyyəti |
Qeydiyyat | Bəli (qeyri-məcburi) |
Dilləri | ingilis dili |
Proqramlaşdırma dili | HTML5 |
Sahibi | Vox Media |
Redaktor | Kristofer Qrent |
Açılma tarixi | 24 oktyabr 2012 ) |
Hazırkı statusu | Fəaliyyət göstərir |
Alexa reytinqi | ▼ 1,421 (sentyabr 2018-ci ildən etibarən)[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Polygon — xəbərlər, gözdən keçirmələr və videolar paylaşan videooyunlar üzrə ixtisaslaşmış ABŞ saytı. 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlayan "Polygon" oyunlar haqda yox, oyunları hazırlayanlar haqda məqalələr paylaşaraq rəqiblərindən fərqlənməyə çalışırdı. Onlar həmçinin içərisində video məzmunu olan lonqrid jurnalabənzər bədii məqalələr hazırlayırdılar və oyun yeniləndikcə rəylərini dəyişdirirdilər.
Saytın istehsal prosesi 10 ay davam etmişdir və onun 16 nəfərli işçi heyətində "Joystiq", "Kotaku" və "The Escapist" saytlarının baş redaktorlarını da ehtiva edirdi. Saytın dizaynı HTML5 adaptiv standartlarla hazırlanmışdı və çəhrayı rəng çertyojuna malik idi. Saytın reklamları müəyyən məzmunlu qurumların birbaşa sponsorluqlarına əsaslanırdı. "Vox Media" şirkəti saytın hazırlanması barədə bir sənədli film seriyası istehsal etmişdir.